Tanınmış hücumçu xəstəxanaya yerləşdirildi – Vəziyyəti pisləşib

6 Yanvar 2022 00:00 Problem 1 054
Tanınmış hücumçu xəstəxanaya yerləşdirildi – Vəziyyəti pisləşib

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano xəstəxanaya yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, buna bir müddət öncə koronavirusa yoluxmuş veteran hücumçunun vəziyyətinin ağırlaşması səbəb olub.

Daha əvvəl keçmiş oyunçunun həyat yoldaşı Karolina Marsialis ərinin Milad bayramı zamanı COVID-19-a yoluxduğunu və evdə özünü təcrid etdiyini təsdiqləyib.

İddiaya görə, son bir neçə gündə Kassanonun vəziyyəti pisləşib. O, Genuyadakı San-Martino xəstəxanasında müalicə alır.

Antonio Kassanov futbolçu karyerası ərzində ölkəsinin "Roma", "Sampdoriya", "Milan" və "İnter" klublarında, həmçinin İspaniya "Real Madrid"ində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var