"Legiya" ilə Mahir Emreli arasında NÖVBƏTİ QALMAQAL!

5 Yanvar 2022 00:30 Problem 2 724
"Legiya" ilə Mahir Emreli arasında NÖVBƏTİ QALMAQAL!

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya" ilə müqaviləni pozmağı qərara alıb.

Sportinfo.az-ın "veszlo.com"a istinadən məlumatına görə, 24 yaşlı hücumçu bu barədə kluba məktub yazıb.

Emreli komanda ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə toplanışa yollanmaq niyyətində olmadığını bildirib.

ABŞ-dan hüquqşünas tapan forvard müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb.

Emreli azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Klubdan "legia.net"ə verilən açıqlamada Emrelidən məktub aldıqları təsdiqlənib. Lakin paytaxt təmsilçisi oyunçu və onun nümayəndələrinə boyun əyməyəcəyini bəyan edib.

Bildirilib ki, azərbaycanlı hücumçu Varşavaya çağırılacaq və komanda ilə Dubay toplanışına yollanacaq. "Legiya" hazırlıq prosesinə yanvarın 6-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var