“Onların məqsədi Hafiz Məmmədovun pullarını oğurlamaq idi” – Hal şahidi “PARTLADI”

3 Yanvar 2022 21:00 Problem 1 981
“Onların məqsədi Hafiz Məmmədovun pullarını oğurlamaq idi” – Hal şahidi “PARTLADI”

“Bakı”nın müflis olduğunu eşitmək məni çox üzdü.

O qədər əziyyət çəkilmişi, şərait yaradılmışdı, akademiya qurulmuşdu. Heyf”.

2010-2013-cü illərdə “Bakı”nın aparıcı futbolçularından hesab olunan, bu komanda ilə Azərbaycan kubokunu başı üzərinə qaldıran İbrahim Karqbo Sportinfo.az-a açıqlamasında “zolaqlılar”ın tarixə qovuşmasından danışıb.

Uzun illər Belçikada yaşayıb, hazırda ailəsi ilə birgə İngiltərədə məskən salan 39 yaşlı mütəxəssis paytaxt klubunun müflis olmasının başlıca səbəbini Hafiz Məmmədovun yaxın bildiyi insanlara güvənməsində görür:

“Futboldan xəbərsiz insanlar Hafiz Məmmədovun başına yığılmışdı. Daha doğrusu, Hafiz Məmmədovun pullarının başına.

Sizi inandırım, futboldan zərrə qədər də anlamırdılar. Onların məqsədi Hafiz Məmmədovun pullarını oğurlamaq idi.

Bu adamların futboldan qəti başı çıxmırdı. Amma klubda əsas söz sahibləri idi.

Hafiz Məmmədov onlara inandı, güvəndi, pullarını etibar etdi, sonu da belə oldu. Gərək heç kimə güvənməzdi, bütün işlərlə birbaşa özü məşğul olardı”.

İbrahim Karqbo Azərbaycanda legioner həyatı yaşadığı 3 ildə “Bakı”nın formasında bütün yarışlarda 93 oyunun iştirakçısı olmaqla 1 qola imzasını yazdırıb. 2011-12 mövsümündə bu komanda ilə Azərbaycan Kubokuna sahib olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti