"Gənc məşqçilər özlərini göstərə bilmir, mən tərəfdarıyam, qoy…"

3 Yanvar 2022 15:00 Problem 1 113
"Gənc məşqçilər özlərini göstərə bilmir, mən tərəfdarıyam, qoy…"

"Gənc məşqçilər özlərini göstərə bilmir".

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan məşqçi Ağasəlim Mircavadov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovla ölkə futbolunun problemləri haqda danışan mütəxəssis futbolda iş yerlərinin azlığından şikayətlənib:

"Hamı işləmək istəyir. Yaşlı olan da, cavan olan da. Mən tərəfdarıyam, qoy, üstünlük cavanlara verilsin.

Azərbaycanda kifayət qədər məşqçi var ki, müxtəlif kateqoriyalar alıb. Onlar harada işləməlidir, neyləməlidir?

Gərək iş yeri, klub olsun ki, özlərini göstərə bilsinlər. Əsas çatışmazlıqlardan biri budur. Tezliklə bu problem həllini tapmalıdır.

Bilirsiz ki, mən AFFA Məşqçilər Komitəsinin üzvüyəm. Komitə olaraq dəfələrlə rəhbərliyə müəyyən təkliflər vermişik, komanda sayının artırılmasının yollarını göstərmişik».

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var