ŞOK AÇIQLAMA: Koronavirusun yerini BU XƏSTƏLİK tutacaq

2 Yanvar 2022 12:30 Problem 1 491
ŞOK AÇIQLAMA: Koronavirusun yerini BU XƏSTƏLİK tutacaq

COVID-19 pandemiyası zəiflədikdən sonra onun yerini çiçək pandemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq.

Bunu "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts deyib.

O bildirib ki, yaxın gələcəkdə koronavirus pandemiyası zəifləyəcək: "Koronavirus zəifləsə də, onun yerini çiçək xəstəliyi tutacaq. Bunun səbəbi bioterrorizm ola bilər.

Terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin. Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək".

Milyarder həmçinin bəyan edib ki, buna hazırlaşmaq üçün ÜST səviyyəsində Pandemiya İşçi Qrupu yaradılmalıdır: "Ümid edirəm ki, 5 ildən sonra "Növbəti pandemiyaya hazırıq" adlı kitab yaza biləcəyəm, lakin bu, Ar-Ge üçün on milyardlarla dollar tələb edəcək. ABŞ və Böyük Britaniya da işin bir hissəsi olacaq".

B.Qeyts xəbərdarlıq edib ki, bioterrorizmin törətdiyi epidemiyalar təbii olaraq baş verənlərdən daha pis ola bilər. Onun sözlərinə görə ölkələr milyardlarla dollar sərmayə qoymalı və bu halların qarşısını almaq üçün hazırlıq görməlidirlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var