Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı qadağan edildi

1 Yanvar 2022 00:30 Problem 875
Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı qadağan edildi

Bu gündən Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı qadağan edilib.

Sportinfo.az xəbər verir ki, bu, "Reklam haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Qumar oyunları dedikdə, lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var