"Virus davam edəcək, təhlükə yaradacaq". - QORXULU PROQNOZ

30 Dekabr 2021 02:20 Problem 702
"Virus davam edəcək, təhlükə yaradacaq". - QORXULU PROQNOZ

Koronavirusun "Delta" və "Omicron" ştamları pandemiyaya yeni yoluxmaların “sunami”sinə səbəb ola bilər.

Sportinfo.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST( rəhbəri Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, “Delta” və “Omicron” ştamlarına görə xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri qeyd edib ki, “Omicron”un daha yoluxucu olması xüsusi narahatlıq doğurur:

"Bu, bütün dünyada səhiyyə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcək “sunami” ilə nəticələnə bilər".

O bildirib ki, yeni ştamların ortaya çıxması mümkündür.

Qebreyesus, həmçinin, zəngin ölkələrdə koronavirusa qarşı gücləndirici peyvəndlərin yoxsul ölkələrdə yenidən dərman qıtlığına səbəb ola biləcəyini söyləyib.

"Peyvənd təchizatı vəziyyəti, ən azı indiki vaxtda yaxşılaşır. Buna görə də biz zəngin ölkələrin liderlərini və istehsalçıları dərs almağa və hər bir ölkə əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd edilməsi məqsədinə çatmaq üçün birgə işləməyə çağırırıq”, - ÜST rəhbəri bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması əhalinin və iqtisadiyyatın yeni koronavirus ştamlarından qorunmasında əsas elementdir:

"Kollektiv reaksiyanı təkmilləşdirməsək, virus inkişaf etməyə davam edəcək və təhlükə yaradacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var