İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək - Azərbaycanda

29 Dekabr 2021 02:00 Problem 769
İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək - Azərbaycanda

“Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır.

Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

Bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: “İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.

Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur.

Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".

O, əlavə edib ki, üçüncü doza-buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var