Adı "Neftçi ilə hallanan legioner çarəsiz duruma düşüb

28 Dekabr 2021 16:00 Problem 2 602
Adı "Neftçi ilə hallanan legioner çarəsiz duruma düşüb

"Keşlə"nin Anatoli Abanqla bu ay başa çatan müqaviləsi yenilənmədi.

Əslində hücumçu Sənan Qurbanovun istədiyi biridir. Amma onun maaşının yüksək olması və intizamsızlığı klubun ayrılıq qərarı verməsi ilə nəticələndi.

Ucaboy forvard da bu ayrılığa isti yanaşırdı. Çünki arxayınlıq vardı ki, digər klublarımızdan hər hansısa biri onu heyətinə qatacaq.

Onunla daha çox adı çəkilən klublar isə "Zirə" və "Neftçi" idi.

Amma indi adıçəkilən hər iki klubun da forvardı heyətinə qatmağı planlaşdırmadığı məlumdur. Samir Abasov ümumiyyətlə, legioner transferində bir o qədər maraqlı deyilsə, Rəşad Sadıqov da intizamsız və qeyri-ciddi birini sərəncamında görməyə maraqlı deyil. Düzdü, hücumçu ilə maraqlanan xarici klublar var.

Ancaq azərbaycanlı xanımının hamilə olması səbəbindən o, ölkəmizdə qalmağa can atır.

Düşdüyü durumdan böyük üzüntü keçirən əcnəbi oyunçu yəqin ki, tezliklə ölkəmizi tərk etməyə məcbur olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var