“Mən nəsə deməklə onu göndərib, yerinə yerli məşqçi qoymayacaqlar”

27 Dekabr 2021 21:00 Problem 1 461
“Mən nəsə deməklə onu göndərib, yerinə yerli məşqçi qoymayacaqlar”

“Onsuz da, mən nəsə deməklə onu göndərib, yerinə yerli məşqçi qoymayacaqlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran futbol adamı Yunis Hüseyniv deyib.

Hazırda iş axtaran mütəxəssis AFFA-nın Canni de Byazi ilə müqavilənin müddətini daha 10 ay uzadılmasına münasibət bildirib:

“Niyyət mütləq əcnəbi mütəxəssisdirsə, De Byazinin qalmasının tərəfdarıyam. Çünki çempionatımıza bələddir, futbolçuları tanıyır, yəqin ki, əvvəlki səhvlərdən nəticə çıxarıb.

Amma başqa xarici çalışdırıcı gətirsələr, daha bir neçə il itirəcəyik. O da deyəcək, vaxt lazımdır, bunu edəcəyəm, filan şeyi bacaracam.

Axırda çıxıb gedəcək. Ölkədə futbolçu “material”ı yoxdursa, baş məşqçi postuna kimi qoyursan qoy, xeyri yoxdur.

De Byazi Albaniya millisi kimi ortababı Avropa çempionatının final mərhələsinə aparan adamdır. Di gəl, Azərbaycan millisi ilə fiaskoya uğradı.

Çünki əlinin altında “material” yoxdur. Ona görə də yığmaların yerlilərə tapşırılması məqsədəuyğundur.

Mən 30 il əvvəl demişdim ki, bu gün başlamalıyıq, sabah saxlasaq, gecikəcəyik. Vaxtında başlaya bilmədik, ona görə də 30 ilimiz getdi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var