Bir Eldor qədər də olmayan Mahir və Eminlə öyünməyə dəyərmi?

27 Dekabr 2021 19:00 Problem 1 921
Bir Eldor qədər də olmayan Mahir və Eminlə öyünməyə dəyərmi?

Özbəkistanda ilin ən yaxşı futbolçusu müəyyən olunub. Bu ada "Roma"nın forvardı Eldor Şomurodov layiq görülüb. Bəli, "Roma"nın, İtaliya "Roma"sının forvardı. Hamımızın yaxşı tanıdığı, böyük ənənəsi olan "Roma".

O, bu ilin yayından İtaliya paytaxtına pənah gətirib. İlk ilindəcə 26 yaşlı futbolçu özünə heyətdə yer eləməyi bacarıb. 23 görüşdə şans qazanan hücumçu 3 dəfə rəqib qapılarının torunu da silkələyib.

O, buralara elə belə yerdən, təsadüfdən gəlməyib. Öncə ölkəsində çıxış edib, sonra Rusiyada legioner həyatı yaşayıb. İndi isə İtaliyada öz yerini möhkəmləndirməklə məşğuldur.

Biz də qalmışıq Emin Mahmudovla Mahir Emrelinin arasında. "Görəsən, Mahir, yoxsa Emin Azərbaycanda ilin ən yaxşı futbolçusudu" sualı ətrafında baş sındırırıq.

Emin Biləcərindən o tərəfə gedə bilmədi. Nə Rusiyada özünü təsdiqlədi, nə də Portuqaliyada. Son 5 ildə də "Bakı birinciliyi"ndə gününü keçirməklə məşğuldur.

İçi özüm qarşıq çoxumuzun bəh-bəhlə haqqında aylardı tərif yağdırdığımız Mahir də yayda getdiyi "Legiya"dan ayrılıb vətənə qayıtmaq, ən yaxşı halda Çexiya, Macarıstan kimi ölkələrə getmək haqqında düşünur.

Bəs biz böyük klublarda yerli oyunçularımızı nə vaxt görəcəyik? Nə vaxt ilin ən yaxşı nominasiyasında birinci yeri "Roma"da çıxış edən bir azərbaycanlıya verəcəyik?

Görünür, belə cavabsız suallar, ümidsiz gələcək hələ uzun müddət davam edəcək...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var