"Legiya"nın əfsanəsi Mahiri tənqid etdi: "Uğursuzluq yaşayır, qol vurmur, aktiv deyil"

26 Dekabr 2021 12:40 Problem 1 233
"Legiya"nın əfsanəsi Mahiri tənqid etdi: "Uğursuzluq yaşayır, qol vurmur, aktiv deyil"

“Legiya”nın əfsanəvi futbolçulardan hesab edilən, “Köln” və “Seltik”də də çıxış etmiş Dariuş Dzekanovski Varşava klubunun rəhbərliyini və futbolçularını tənqid edib.

Sportinfo.az xəbər verir ki, veteran Mahir Emreli barədə də fikirlərini bildirib:

“Artur Boruçla müqavilə imzalayarkən ehtiyat tədbirləri görmək lazım idi. Canluici Buffon və Voyçex Şesnı ilə olduğu kimi eyni sinifdən ikinci qapıçıya sahib olmaq lazım idi.

Klub buna hazırlaşmayıb. Plan harada idi? Bartoş Slişla 1,8 milyon avroya müqavilə imzalanıb, indi isə onun qiyməti xeyli aşağı düşüb. Onun hətta genişləndirilmiş heyətə düşmək şansı yoxdur.

Andre Martins yaxşı başlamasına baxmayaraq, getdikcə daha zəif oynayır. Keçən mövsümün bombardiri olan Tomaş Pekharta isə sadəcə ehtiyac yoxdu.

Mahir Emreli? “Bodo-Qlimt” və “Flora”, bunlar rəqib deyil. O, uğursuzluq yaşayır, qol vurmur, aktiv deyil. Sadəcə 2-3 matçı uğurlu alındı onda”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var