Mahirin döyülməsindən qorxuya düşdü, özünə mühafizəçi tutdu – Klubun prezidenti

22 Dekabr 2021 12:40 Problem 960
Mahirin döyülməsindən qorxuya düşdü, özünə mühafizəçi tutdu – Klubun prezidenti

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın prezidenti Dariuş Mioduski özünə xüsusi mühafizəçi tutub.

Sportinfo.az xəbər verir ki, funksioner azarkeşlərin mümkün hücumundan qorunmaq məqsədilə bu addımı atıb.

O, komandanın uğursuzluğuna görə fanatların bəzi futbolçulara xəsarət yetirməsindən sonra özü ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib.

"Legiya" azarkeşləri Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra futbolçulara hücum edib.

Nəticədə Mahir Emreli və Lukinyas xəsarət alıb. Emreli həmin hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Onun paytaxt klubundan ayrılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var