"Koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”.

22 Dekabr 2021 01:20 Problem 1 087
"Koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”.

“Omikron” ştamının yayılmasına baxmayaraq, koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”.

Bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib.

Onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” variantı qədər sürətlə yayılmayıb.

Qeyts güman edir ki, tezliklə “omikron” dünyanın bütün ölkələrində olacaq. İş adamı vurğulayıb ki, yeni ştam ciddi qəbul edilməlidir, çünki onun hansı simptomlara səbəb olduğu hələ məlum deyil.

“Deltanın yarısı qədər ciddi olsa belə, bu, çox yoluxucu olduğu üçün gördüyümüz ən pis dalğa olacaq. Eyni zamanda, lazımi tədbirlər görsəniz, 2022 pandemiya üçün sonuncu il ola bilər”, - deyə milyarder Tvitter səhifəsində yazıb.

Milyarder insanları maska ​​taxmağa, böyük izdihamdan qaçmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var