Yeni virus yayıldı - Xəstələnlərin 75 %-ə qədəri ölür

25 Sentyabr 17:30 Problem 573
Yeni virus yayıldı - Xəstələnlərin 75 %-ə qədəri ölür

Sportinfo.az xəbər verir ki, Hindistanın Kerala ştatında 11 nəfərdə təhlükəli "Nipax" (NiV) virusu aşkarlanıb.

Ştatın səhiyyə naziri Vina Corc bildirib ki, pasiyentlərin vəziyyəti sabitdir.

Bir gün əvvəl Kerala hakimiyyət orqanları 12 yaşlı oğlanın "Nipax" virusundan öldüyünü bildiriblər. Bundan sonra ştatın həkimlər onunla ünsiyyətdə olmuş 251 nəfəri müayinə etməyə başlayıblar.

Xəstə oğlanın yaşadığı Kojikodedə və digər üç rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.

"Nipax" virusu uçan tülkülər (yarasalar dəstəsinə aid məməli heyvan cinsi -red) və siçanlar tərəfindən yayılır. O, insanlara adətən yarasaların və siçanların ağız suyunun olduğu meyvələr vasitəsilə keçir.

Ümumdünya Səhiyyə Təşkilatı "Nipax"ı dünyanın ən təhlükəli viruslarından biri hesab edir. Virus sürətlə yoluxur, onun əleyhinə dərman və vaksin mövcud deyil. Bu halda xəstəlikdən ölüm səviyyəsi 40-75 % təşkil edir.

Bu xəstəlik üçün beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklər xarakterikdir.

"Nipax" ilk dəfə 2001 və 2007-ci illərdə Hindistanın Qərbi Benqaliya ştatında qeydə alınıb. Virus sonralar daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da aşkarlanıb. Bu ilin iyununda da Hindistanda "Nipax"a yoluxma aşkar edilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası
17 Oktyabr 09:00 "Qarabağ"ın QİYMƏTLƏRİ
17 Oktyabr 00:28 "Beşiktaş" uduzdu - VİDEO