UEFA Azərbaycan klublarını bundan məhrum etdi - QƏRAR

21 İyun 2021 19:40 Problem 2 681
UEFA Azərbaycan klublarını bundan məhrum etdi - QƏRAR

Avrokubokların 2021/22 mövsümünün təsnifat mərhələlərində qonaq komandaların azarkeşlərinə bilet ayrılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı UEFA verib.

Qurum koronavirus pandemiyasının yayılmaması üçün belə addım atıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qarşılaşmaları zamanı qonaq komandalara bilet verilməyəcək.

Tamaşaçıların digər mərhələlərdə olub-olmaması barədə qərar sonradan veriləcək.

Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək. “Neftçi” Çempionlar Liqasında, “Qarabağ”, “Sumqayıt” və “Keşlə” Konfrans Liqasında oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti