O, yenidən futbol oynaya biləcək? - Həkimdən açıqlama

14 İyun 17:10 Problem 344
O, yenidən futbol oynaya biləcək? - Həkimdən açıqlama

Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksenin durumu gündəmdədir.

Sportinfo.az xəbər verir ki, mətbuatda "İnter"in oyunçusunun son 1 ildə Danimarka və klub forması ilə 61 oyuna çıxdığı bildirilib. Onun ürəyinin ağır təqvimə dayanmadığı yazılıb.

29 yaşlı yarımmüdafiəçinin ötən ilin iyul və bu ilin mart ayında iki dəfə koronavirusa yoluxduğu və bu xəstəliyin ürəyə təsiri vurğulanıb.

Həkimlər koronavirusa yoluxan futbolçuların ürək problemlərinin əvvəlki illərə görə artdığı və davamlı olaraq müayinə olunmalı olduqlarını bildiriblər.

Eriksenin səhhəti yaxşılaşdıqdan sonra onun futbol oynayıb-oynamaya biləcəyi də əsas suallardan biridir.

Bununla bağlı danimarkalı oyunçunu "Tottenhem"də oynadığı vaxt müayinə edən həkim Sanjay Şarma açıqlama verib.

O deyib ki, heç bir həkim Eriksenin yenidən futbol oynamasına icazə verməyəcək: "Sözünü düzü, orada bir şeylər çox pis keçdi. Amma onu həyata qaytarmağı bacardılar. Sual budur: baş verənlər nədən oldu?".

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"