İştirak ərizəsindən çıxarıldı – koronavirusa yoluxduğu üçün

14 İyun 2021 14:30 Problem 897
İştirak ərizəsindən çıxarıldı – koronavirusa yoluxduğu üçün

Portuqaliya millisi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Joao Kanselo AVRO-2020-nin iştirak ərizəsindən çıxarılıb.

Buna səbəb ulduz futbolçunun koronavirusa yoluxmasıdır. Testi pozitiv çıxan “Mançester Siti”nin cinah oyunçusu dərhal karantinə alınıb.

Portuqaliya millisində isə onun əvəzinə ötən mövsümü icarə əsasında “Milan”da keçirən “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot dəvət alıb.

AVRO-2020-nin F qrupunda yer alan Portuqaliya yığması ilk oyununu sabah Macarıstana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı