Rusiyalı şərhçinin Bakıya gəlişinə icazə verilmədi – FOTO

14 İyun 2021 20:40 Problem 576
Rusiyalı şərhçinin Bakıya gəlişinə icazə verilmədi – FOTO

Rusiyanın “Matç TV” kanalının şərhçisi Konstantin Qeniç nəhayət ki, AVRO-2020-yə akkreditasiya əldə edib.

Lakin onun səfər edə biləcəyi şəhərlərin siyahısından Bakının adı çıxarılıb.

Sportinfo.az xəbər verir ki, jurnalist özünün “Twitter” səhifəsində müvafiq sənədin fotosunu paylaşıb.

Onun akkreditasiyası vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarına səfər etdiyi üçün rəsmi Bakı tərəfindən etirazla qarşılanıb.

Məhz bu səbəbdən jurnalistə Avropa Çempionatı oyunlarını işıqlandırmaq üçün icazə verilsə də, onun Azərbaycana gəlişi və Bakıda keçirilən oyunları izləməsi qadağan edilib.

Digər Xəbərlər
Xəbər Lenti