“İlişdi, saxlaya bilmədim”

9 İyun 2021 23:00 Problem 1 161
“İlişdi, saxlaya bilmədim”

"Formula 1" üzrə "Mercedes" komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindəki uğursuzluğun səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yarışı 15-ci sırada tamamlayan britaniyalı sürücü döngəyə daxil olarkən düyməni səhv sıxdığını söyləyib.

Azərbaycan Qran-prisinin qalibi Serxio Peres olub. 7 qat dünya çempionu bildirib ki, "Red Bull"dan Serxio Peres ona yaxınlaşanda özünü itirib:

"İçəridə ön əyləcləri işə salan düymə var. Peres yaxınlaşanda özümdən asılı olmayaraq, reaksiya verdim və səhvən açar yerinə toxundum.

Nəticədə düymə ilişdi və maşını saxlaya bilmədim. Bolid irəliyə doğru hərəkət etməyə başladı".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular