“Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”

22 Aprel 2021 14:30 Problem 431
“Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”

“Ermənistan Türkiyə hakimiyyəti ilə diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı danışıqlar aparmır”.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan mətbuat konfransında bildirib.

"Vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar planlaşdırılmır”, - deyə o qeyd edib.

M. Ayvazyan Osmanlı imperiyasında ermənilərin qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioriteti olaraq qalmağa davam etdiyini əlavə edib: “Bizim siyasətimizdə heç nə dəyişməyib”.

Digər Xəbərlər
Xəbər Lenti