“Mançester Yunayted” ulduzunu Azərbaycanla oyuna buraxmaq istəmir

5 Mart 2021 20:20 Problem 1 146
“Mançester Yunayted” ulduzunu Azərbaycanla oyuna buraxmaq istəmir

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Bruno Fernandesi Portuqaliya yığmasının düşərgəsinə buraxmaq istəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, “Manchester Evening News” saytına açıqlamasında deyib:

“Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik”.

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Azərbaycana qarşı keçirəcək.

Görüş koronavirus pandemiyasına görə İtaliyada – Turin şəhərində oynanılacaq. Portuqaliya – Azərbaycan matçı martın 24-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!