COP29

Ölkəmizdə 4 klub stadionsuz qala bilər - Xəbərdarlıq edildi

10 İyul 11:20 Problem 1 714
Ölkəmizdə 4 klub stadionsuz qala bilər -  Xəbərdarlıq edildi

Bakı Olimpiya Stadionunun rəhbərliyi Premyer Liqa klublarına məlumat göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Olimpiya Stadionunun rəhbərliyi məlumat yayıb.

Rəhbərlik bildirib ki, arenanın qapıları son bir neçə ildə ölkənin bir nömrəli stadionundakı meydanların xidmətindən yararlanan elita təmsilçilərinin üzünə bağlanacaq.

Buna səbəb noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiridir.

Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib və bu proses dekabra qədər davam edəcək.

Bu o deməkdir ki, həftəiçi məşqlər üçün BOS-dakı qazonlardan yararlanan "Zirə", "Turan Tovuz", "Araz-Naxçıvan", eləcə də milli komandalar və hakimlər başlarının çarəsinə baxmalıdırlar.

Çıxış yolunu necə tapacaqlar, bu, klub rəsmilərinin öhdəsinə düşən işdir.

Bilinən odur ki, BOS-un qapıları futbol təsərrüfatının üzünə dekabra qədər bağlı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…