“Bakı”da böyük pullar qazandım - finala çıxsaydıq, 30-40 min dollar alardıq”

20 Oktyabr 20:00 Premyerliqa 611
“Bakı”da böyük pullar qazandım - finala çıxsaydıq, 30-40 min dollar alardıq”

“Azərbaycanda yaxşı təcrübə keçdim. Ora çempionatın ortalarında yollandım və komandanın ən yaxşı bombardiri oldum”.

Sportinfo.az xəbər verir ki, bunu “Bakı”nın sabiq legioneri Marius Pena Rumıniya mətbuatına açıqlamasında deyib.

Son olaraq 2018-ci ildə ölkəsində “Konkordiya”nın formasını geyinmiş 35 yaşlı keçmiş hücumçu “Bakı”da böyük məbləğdə pul qazandığını etiraf edib:

“Ancaq təəssüf ki, sonradan orada maddi problemlər yaşandı. Altı ay çox böyük bonuslar almaq xəyal idi. 2012/13 mövsümündə pley-offlara görə 10 min, hər oyuna görə isə 5 min dollar aldım.

Ölkə kubokunda 1/4 finala adlamağımız 10 min, yarımfinal mərhələsinə yüksəlməyimiz isə 15 min dollarlıq mükafat qazandırdı. Düşünürəm ki, finala çıxsaydıq, 30-40 min dollar alardıq”.

Marius Pena 2013-cü ilin yanvarından 2014-cü il mövsümün sonuna qədər “Bakı”nın formasını geyinib.

Xəbər Lenti