“Neftçi” evdə rüsvay oldu, “Qarabağ” gözlənilmədən xal itirdi

11 Sentyabr 23:00 Premyerliqa 1 135
“Neftçi” evdə rüsvay oldu, “Qarabağ” gözlənilmədən xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da baş tutan oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Sumqayıtlıları dubla imza atan yeni transfer Əli Qurbani sevindirib.

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.

Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.

11 sentyabr (cümə)

“Neftçi” – “Sumqayıt” 0:2
Qol: Ə.Qurbani, 14; 46.
Qırmızı vərəqə: A.Krivotsyuk, 83 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakı. "Bakcell Arena".

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 13. Prins İbara, 26. Ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov.

Baş məşqçi: Füzuli Məmmədov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

“Keşlə” – “Qarabağ” 0:0 (2-ci hissə)
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
Bakı. "ASK Arena".

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 7. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 21:10 “Sabah”la oynamayacaq
24 Oktyabr 16:00 Bunları niyə yazıram?
24 Oktyabr 15:04 Ronaldodan əl çəkmir