Premyer Liqa klublarına nə qədər məşq kifayət edir? - Müzakirə olunacaq

30 May 16:28 Premyerliqa 283
Premyer Liqa klublarına nə qədər məşq kifayət edir? - Müzakirə olunacaq

Sabah Azərbaycan Premyer Liqasının səkkiz klubunun çempionatın bərpa olunacağı vaxta kimi nə qədər məşq müddətinə ehtiyacı olması müzakirə ediləcək.

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın dünənki qərarından sonra 31 may saat 00:00-dan etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib.

Bu səbəbdən də futbol yarışlarının keçirilməsinə heç bir əngəl qalmayıb. Sabah AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. Premyer Liqanın bərpası üçün isə klubların minimum iki və ya üç həftə məşq etməsi və özlərinə gəlməsi

Belə olduğu halda, Premyer Liqa ya iyunun 15-də, ya da 22-də bərpa olunacaq. Təbii ki, səkkiz turu keçirilməmiş çempionatı və kubok yarışlarını Premyer Liqa klubları erkən başa vurmaq istəyir. Lakin bütün klublar bununla razı deyil.

Məsələn, “Səbail” və “Qəbələ”nin ehtiyat oyunçular skamyası digərlərinə nisbətdə o qədər də uzun deyil. Qısa müddətə – 14 günə məşq keçib çempionat oyununa çıxmaq onların əsas heyət üzvlərinin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən həmin klublar daha çox məşq müddəti tələb edəcək.

Həmçinin sabahkı iclasda komandaların, klub rəsmilərinin hansı şəraitdə stadiona buraxılması müzakirə olunacaq (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 22:00 53 yaşında meydana çıxdı
24 Sentyabr 19:16 Daha "İnter"ə lazım deyil
24 Sentyabr 15:46 UEFA Mahirə cəza verdi
24 Sentyabr 00:28 Amit yenə kənarda qaldı
23 Sentyabr 23:00 Terim "Neftçi"ni xatırladı