Azərbaycan Premyer Liqasında ilk dəfə…

17 May 2020 20:20 Premyerliqa 732
Azərbaycan Premyer Liqasında ilk dəfə…

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü bərpa olunsa, ölkə çempionatları tarixinə ən gec bitən turnir kimi düşəcək.

Sportinfo.az xəbər verir ki, “payız-yaz” sistemi ilə keçirilən çempionatlardan heç biri belə gec yekunlaşmayıb.

Məsələ ondadır ki, mövsümün nəinki adətən başa çatdığı may, heç iyunda bitməsi real deyil. Çünki komandalar məşqlərə başladıqdan sonra oyunlaradək ən azı 15 gün hazırlaşsa, 8 tur iki günlük istirahətlərlə 22 gün sürsə (hərçənd hər iki rəqəm heç cür inandırıcı deyil və daha çox olacaq),

Premyer Liqanın yekunlaşmasına minimum 37 gün lazım gələcək. Məşqlərin hələ bərpa olunmadığını da nəzərə alsaq, mövsümün iyuldan tez bitməsi real deyil. İndiyədək heç vaxt klassik sistemdə davam edən çempionatlarımız bu vaxt bitməyib.

Klassik dedikdə, söhbət “yaz-payız” sistemində keçirilən 1992 və 1993, həmçinin futbolsuzluqdan sonra maydan-maya davan edən 2003/04 mövsümlərinin nəzərə alınmamasından gedir. Digər mövsümlərə baxsaq, çempionatın ən gec bitməsi 1995/96 mövsümündə qeydə alınıb. Həmin vaxt çempionatın son qarşılaşmaları iyunun 12-də keçirilib.

İkinci göstərici isə 2004/05 mövsümünə aiddir. Həmin çempionat vaxtında – mayda bitsə də, “Qızıl oyun” iyunun 10-da keçirilmişdi.

Gəncədəki “Neftçi” – “Xəzər Lənkəran” görüşündən (2:1) sonra Azərbaycan çempionatlarında iyun-iyul aylarında heç bir matç keçirilməyib. 15 ildən sonra qırıla biləcək bu ənənə ən gecikən finişlə əlamətdar olacaq.

Hərçənd tarixə baxsaq, iyulda yeni mövsümün başlamasına da rast gələrik. İndi isə finiş həmin ərəfəyə təsadüf edə bilər. Təbii ki, çempionatı başa çatdırmaq mümkün olsa (apasport.az).

Xəbər Lenti