ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı başladı.
Budəfəki mundial təkcə iştirakçı sayının 48 komandaya çatdırılması ilə deyil, həm də favoritlərin çoxluğu ilə diqqət çəkir.
Birinci analoji turnir 1930-cu ildə Uruqvayda keçirilib.
Həmin yarışda 13 komanda iştirak edib və ev sahibləri tarixdə ilk dünya çempionu olublar. Sonrakı illərdə iştirakçı sayı artıb və mundial qlobal idman hadisəsinə çevrilib.
Yəqin ki, azərbaycanlı futbolsevərlərin əksəriyyətinin azarkeşlik edəcəyi komanda Türkiyə olacaq. İstedadlı gənc oyunçulardan ibarət olan "ay-ulduzlular" mundialda sürpriz edə biləcək komandalardan biridir.
"Sportinfo TV" DÇ-2026-ya aid yeni maraqlı video hazırlayıb.
Burada iştirakçıların iddiasından və şanslarından bəhs olunub. Həmçinin digər məqamlara toxunulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

