Fransalı müdafiəçi ilə maraqlanır - “Mançester Siti”

00:20 İngiltərə 102
Fransalı müdafiəçi ilə maraqlanır - “Mançester Siti”

“Mançester Siti” yay transfer dönəmində müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, “şəhərlilər”in diqqət mərkəzinə “Çelsi”nin futbolçusu Malo Qusto düşüb.

Mançester təmsilçisi artıq “Çelsi” ilə əlaqə saxlayaraq 23 yaşlı müdafiəçinin vəziyyəti barədə məlumat alıb. Klub futbolçunun mümkün transfer şərtlərini öyrənməyə çalışır.

Qusto yüksək rəqabət səbəbindən bu yay “Çelsi”ni tərk edə biləcək futbolçular sırasında yer alır. “Mançester Siti” isə vəziyyəti yaxından izləyir və hadisələrin inkişafını gözləyir.

Fransalı futbolçu 2025/26 mövsümündə klub səviyyəsində 49 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR