Xəbərdarlıq işə yaradı - Premyer Liqanın bütün komandaları bu çempionata qatıldı

09:40 Əvəzedicilər 348
Xəbərdarlıq işə yaradı - Premyer Liqanın bütün komandaları bu çempionata qatıldı

Əvəzedicilər Liqasının növbəti mövsümündə 12 komanda mübarizə aparacaq.

Ötən sezondan fərqli, Premyer Liqanın bütün iştirakçıları bu dəfə burada təmsil olunacaq.

AFFA və Peşəkar Futbol Liqası bu barədə klublara xəbərdarlıq edib. Bildirilib ki, «dubl»u ləğv eləyənləri böyük miqdarda cərimə gözləyir.

Elita mənsublarından 11-i yarışa qatılacağını bugünlərdə təşkilatçıların diqqətinə çatdırıb. Son olaraq «İmişli» də axına qoşulub.

Premyer Liqada ikinci ilini keçirməyə hazırlaşan aranlılar əvəzedici heyəti yaratmaqdan öncə imtina etsə də, son anda onlar da bu fikirdən geri çəkilib.

Əvəzedicilər Liqası tarixin arxivinə göndərilməyibsə, bu, Qurban Qurbanovun əziyyətidir.

AFFA İcraiyyə Komitəsinin üzvü olan «Qarabağ»ın baş məşqçisi federasiya rəhbərliyini turnirin ləğvinin yaradacağı problemlərin böyüklüyünə inandıra bilib.

Təcrübəli mütəxəssis müxtəlif faktlara toxunaraq, liqanın davam etdirilməsinin zəruriliyini isbata yetirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!