Azərbaycanlı erməni rəqibini məğlub edərək çempion oldu - VİDEO

01:20 Bizimkilər 84
Azərbaycanlı erməni rəqibini məğlub edərək çempion oldu - VİDEO

Tbilisidə "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 - GI & No-GI" turniri keçirilib.

Braziliya ciu-citsusu üzrə təşkil olunan nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gələn idmançılar iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, "Abu Dhabi Jiu-Jitsu Pro" (AJP) beynəlxalq turnirlər seriyasının tərkib hissəsi olan çempionatda Marneulidən olan idmançı Hacı-Murad Xəlilov 69 kq çəki dərəcəsində mübarizə aparıb.

Xəlilov ilk görüşündə Saba Tsiklaurini 7:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Final qarşılaşmasında onun rəqibi Ermənistandan olan Arno Hovhannisyan olub. Hacı-Murad Xəlilov rəqibini 17:0 hesabı ilə məğlub edərək çempionluq tituluna yiyələnib.

Beləliklə, Marneulidən olan idmançı "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026" turnirinin qızıl medalını qazanıb və beynəlxalq reytinqdə mövqeyini daha da gücləndirib.//Oxu.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar