Kanada – Bosniya matçında iki qol - DÇ-2026

13 İyun 01:10 Dünya çempionatı 472
Kanada – Bosniya matçında iki qol - DÇ-2026

Dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.

Bu qrupun digər oyunu iyunun 13-də saat 23:00-da Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.

Kanada – Bosniya və Herseqovina 1:1
Qollar: Kayl larin, 78 – Yovo Lukiç, 21.

Digər Xəbərlər
Xəbər Lenti