Millimiz rumınlara yenildi

13 İyun 08:30 Voleybol 586
Millimiz rumınlara yenildi

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu yığma Rumıniya ilə qarşılaşıb.

Rumıniyanın Mioveni şəhərində keçirilən görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Setlərdə 25:23, 25:12 və 25:7 hesabları qeydə alınıb.

Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM