“İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messi növbəti dünya çempionatına hazırlığını davam etdirərkən, həyat yoldaşı Antonella Rokkutso böyük futbol turniri öncəsi son istirahət günlərindən zövq alır.
Sportinfo.az xəbər verir ki, əfsanəvi futbolçunun xanımı sosial şəbəkə hesabında yeni fotosunu paylaşıb.
Bu paylaşım qısa müddətdə izləyicilərin böyük diqqətini çəkib.
Fotoda Antonella hovuz kənarında günəş altında istirahət edərkən görünür. O, istirahət üçün bikini seçib və kadr ümumilikdə yay ab-havası və rahatlıq hissi yaradır.
Sosial şəbəkə istifadəçiləri paylaşımı şərh bölməsində təriflərlə qarşılayaraq onun zərifliyini və fiziki formasını yüksək qiymətləndiriblər.


