Qurban Qurbanovun favoriti - Adını öz dilindən eşidək!

11:00 Qarabağ 247
Qurban Qurbanovun favoriti - Adını öz dilindən eşidək!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb.

Sportinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssis İspaniya millisinin mundialın qalibi ola biləcəyinə inandığını söyləyib.

O, DÇ-2026-da ispanlarla yanaşı, Türkiyə millisinə də azarkeşlik edəcəyini bildirib:

“Hər iki komandadan yaxşı nəticələr gözləyirəm”.

Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə qarşılaşacaq. İspaniya yığması isə H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla üz-üzə gələcək.

İyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!