Millimizin aparıcı oyunçusu 2-3 həftə müalicə alacaq

13 İyun 08:40 Basketbol 380
Millimizin aparıcı oyunçusu 2-3 həftə müalicə alacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin aparıcı üzvlərindən olan Brianna Freyzer Dünya Seriyasının Sumqayıt mərhələsində iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Əzələ zədəsi ilə üzləşən B.Freyzerin 2-3 həftə müalicə alacağı, bu səbəbdən Sumqayıtda təşkil olunacaq beynəlxalq turnirdə iştirak etməyəcəyi qeyd olunub.

Dünya Seriyası iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!