Azərbaycan klubu 3 illik müqavilə bağladığı braziliyalını necə tanıtdı? - VİDEO

14 İyun 00:50 Sabah 2 816
Azərbaycan klubu 3 illik müqavilə bağladığı braziliyalını necə tanıtdı? - VİDEO

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı klub məlumat yayıb.

Bildirilib ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM