Azərbaycan yığması dünya çempionatının finalında - VİDEO+FOTOLAR

02:10 Atçılıq 77
Azərbaycan yığması dünya  çempionatının finalında - VİDEO+FOTOLAR

Bakıda keçirilən çövkən üzrə ikinci dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay komandaları qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib.

Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycan millisi Çövkən üzrə 2-ci dünya çempionatının final mərhələsinə vəsiqəni əldə edib.

Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır.

Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaq.












Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti