Azərbaycanlı çempion bu gün ailə həyatı qurur - FOTO

13 İyun 16:20 Gündəm 811
Azərbaycanlı çempion bu gün ailə həyatı qurur - FOTO

Azərbaycanın Olimpiya çempionu, sərbəst güləş üzrə qadınlardan ibarət millinin məşqçisi Toğrul Əsgərov ailə həyatı qurur.

Sportinfo.az xəbər verir ki, o, bu gün Aysun adlı xanımla evlənir.

Toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində keçiriləcək.

Olimpiya çempionunun toyunda nazirlər və müavinləri, Olimpiya çempionları, komitə rəhbərləri, deputatlar, icra başçıları, və bir sıra ictimai-siyasi şəxslərin iştirak edəcəyi gözlənilir.

Toğrul Əsgərov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq Azərbaycan idman tarixində ən gənc Olimpiya çempionlarından biri kimi adını tarixə yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!