Çilini udan Azərbaycan dünya çempionu oldu

14 İyun 02:10 Atçılıq 432
Çilini udan Azərbaycan dünya çempionu oldu

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, komanda finalda Çili seçməsini məğlub edib.

Qarşılaşma 3:0 hesabı ilə bitib.

Bürünc medal uğrunda görüşdə Uruqvay komandası Nigeri 3:2 hesabı ilə üstələyib.

Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının qalibi adını qazanaraq qızıl medala və çempionatın kubokuna sahib olub.

Çili millisi ikinci yeri tutaraq gümüş medalla kifayətlənib, Uruqvay komandası isə üçüncü yeri əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti