Dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.
Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vuru Paraqvayın heyətində isə Maurisio (73) qol müəllifi olub.
Bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.
ABŞ - Paraqvay 4:1
Qollar: Domian Bobadilya, 7-avtoqol (1:0), Folarian Baloqan, 31 (2:0), 45+4 (3:0), Maurisio Prado, 73 (3:1), Covanni Reyna, 90+8 (4:1)
Baş hakim: Denni Makkeli (Niderland)

