«Kəpəz»in təsisçiləri dəyişir.
Gəncə klubu bununla əlaqədar Ədliyyə Nazirliyinə müraciət edib.
Adil Vəliyev 2025-ci ilin əvvəlində “Kəpəz“i himayəsinə götürüb. Həmin ilin iyulunda İdarə Heyətinin sədri postuna əyləşib.
Klubdan gedişi maliyyə rıçaqlarının zəifləməsindən irəli gəlir.
Bu da təsadüfi deyil. Çünki o, Adnan Əhmədzadənin yaxın kadrı olaraq tanınır.
Adını çəkdiyimiz şəxs 2025-ci ilin sentyabrında həbs olunduqdan sonra Vəliyevin maliyyə sferasında vəziyyəti pisləşib.
Adil Vəliyevin yerinə gələn yeni rəhbər Anar Abdullayevdir. O, İdarə Heyətinin sədri postunu tutacaq.
Ədliyə Nazirliyinə göndərilən sənədlərdə təsisçi olaraq A.Abdullayev göstərilib.
Dövlət qurumu 21 rəsim iş günü ərzində «sarı-göylər»in müraciətinə cavab verəcək.
SPORTİNFO.AZ

