İsveçrə son dəqiqələrdə qələbəni əldən verdi

14 İyun 01:10 Dünya çempionatı 547
İsveçrə son dəqiqələrdə qələbəni əldən verdi

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün İsveçrə Qətərlə qarşılaşıb.

“San Fransisko Bay Area” stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.

Bu qrupun Kanada – Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb.

B qrupu

İsvçerə – Qətər 1:1
Qollar
: Embolo, 17-pen – Kuxi, 90+4-.

Digər Xəbərlər
Xəbər Lenti