Fabio Kannavaro Premyer Liqamızdan kimi DÇ-2026-ya aparacaq?

13 İyun 10:40 Sabah 1 707
Fabio Kannavaro Premyer Liqamızdan kimi DÇ-2026-ya aparacaq?

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistan yığmasının dünya çempionatı üçün heyətinə salınacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb onunla eyni mövqedə oynayan Caloliddin Maşaripovun zədələnməsidir.

Hazırda zədəsi ciddi olan futbolçunun heyətdən çıxarılacağı gözlənilir. Baş məşqçi Fabio Kannavaro isə belədə Umaraliyə şans verəcək.

Özbəkistan yığması ilk oyununu iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM