Sevgilisi ilə şam yeməyinə hazırlaşardı, təcili milliyə çağırıldı - VİDEO

13 İyun 15:20 Dünya çempionatı 610
Sevgilisi ilə şam yeməyinə hazırlaşardı, təcili milliyə çağırıldı - VİDEO

Argentina millisinin müdafiəçisi Markos Senesi gözlənilməz şəkildə komandanın dünya çempionatı üçün heyətinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, İbizada dincələrkən futbolçuya zəng gəlib.

Bildirilib ki, baş məşqçi Lionel Skaloni onu zədələnən Leonardo Balerdinin yerinə yığmaya çağırır.

Həmin anların görüntülərini futbolçunun sevgilisi Kelci-Rose Bouers sosial şəbəkə hesablarında paylaşıb.

O bildirib ki, şam yeməyinə hazırlaşarkən belə bir zəng gəlib və futbolçu təcili şəkildə ABŞ-yə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti