Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

13 İyun 22:40 Gündəm 475
Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Braziliyalı Vitayo karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı mərkəz müdafiəçisinin ölkəsinin mətbuatı məlumat yayıb.

Son olaraq İranda “Çadormalu” klubunda icarə əsasında çıxış edən Vitayo müqavilə ilə məxsus olduğu “Kuyaba”ya qayıdıb. “Sambaçı”nın İranı erkən tərk etməsinin səbəbi Yaxın Şərqdəki qeyri-sabit vəziyyət olub.

Braziliyaya gözlənilməz qayıdışına baxmayaraq, Vitayo xarici klubların diqqət mərkəzində qalır.

Rusiya, Vyetnam, İraq və Azərbaycan klublarının artıq onunla maraqlandığı və müqavilə şərtləri ilə bağlı vəziyyəti araşdırdığı bildirilib.

Vitayo son mövsüm “Çadormalu”nun heyətində 17 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar