Premyer Liqa klubuna keçə bilər - 70 milyon avro versələr

00:10 SEYİD 117
Premyer Liqa klubuna keçə bilər - 70 milyon avro versələr

“Liverpul” yay transfer dövründə müdafiə xəttini gücləndirmək üçün növbəti addımını atmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin maraq dairəsinə İtaliya millisinin və “İnter”in əsas müdafiəçilərindən olan Alessandro Bastoni düşüb.

İngiltərə klubunun futbolçunun transferi üçün təxminən 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Bastoni 2017-ci ilin yayından etibarən Milan klubunun formasını geyinir. 26 yaşlı müdafiəçinin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

O, İtaliya A Seriyasının geridə qalan mövsümündə 28 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar