Azərbaycanda pula görə razılaşmadı, Afrikaya gedir

20:40 Bizimkilər 331
Azərbaycanda pula görə razılaşmadı, Afrikaya gedir

Turan Manafov Cənubi Afrikaya qayıdacaq.

28 yaşlı müdafiəçi karyerasını müqavilə ilə məxsus olduğu “Stellenboş”da davam etdirməkdə maraqlıdır.

Buna səbəb Azərbaycan klublarının yerli oyunçulara ölkə xarici ilə müqayisədə az maaş verməsidir.

Belə ki, mövsüm başa çatandan sonra “Kəpəz”lə “İmişli” Manafova maraq göstərib.

Lakin təklif olunan maliyyə şərtləri solaxay müdafiəçinin ürəyincə olmayıb.

Vəziyyətin istədiyi kimi olmadığını görən Turan Afrikaya qayıtmağı qərara alıb.

Maraq üçün bildirək ki, səbəbkar ötən ilin yayında “Stellenboş”la 2 illik müqavilə bağlayıb.

Ötən ilin sonuna qədər komandanın şərəfini qorusa da, yanvarda “Qəbələ” ilə 5 aylıq icarə müqaviləsi bağlamışdı.

Bölgə təmsilçisi ilə icarə sözləşməsi başa çatdığından, gələn ay “Stellenboş”a qoşulmağı planlaşdırır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti