UEFA siyahını açıqladı, "Turan Tovuz"un yerinə bu komanda gətirildi

00:50 Hadisə 267
UEFA siyahını açıqladı, "Turan Tovuz"un yerinə bu komanda gətirildi

UEFA Konfrans Liqasının 2026/2027 mövsümü üçün ilkin iştirakçı siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri kimi "Neftçi" və "Zirə"nin adları yer alıb.

Bununla belə, UEFA açıqlayıb ki, sözügedən siyahı yekun deyil və yalnız hazırkı idman nəticələrinə əsaslanır.

Lisenziyalaşdırma prosesləri, intizam işləri və digər hüquqi prosedurlar başa çatmadığından iştirakçılarla bağlı dəyişikliklər mümkündür.

UEFA-nın qərarı ilə "Turan Tovuz" avrokuboklardan kənarlaşdırılıb. Klubun CAS-a müraciəti nəzərə alınaraq, Azərbaycanın avrokuboklardakı yekun təmsilçiləri ilə bağlı vəziyyət hələ tam dəqiqləşməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR