Hamı zərər görür, onlar qazanır, biz gözləyirik

6 Aprel 2020 20:20 Premyerliqa 1 090
Hamı zərər görür, onlar qazanır, biz gözləyirik

Dünyanın əksər ölkələrində futbol çempionatı koronavirusa görə dayandırılıb.

Belarus çempionatı isə nəinki koronavirusdan ziyan görür, əksinə, pul qazanır. Hazırda pandemiyanın geniş yayılmasına baxmayaraq,

Belarusda çempionat davam edir. Artıq dünyanın bir neçə ölkəsi Belarus çempionatını yayımlamağa maraq göstərir. Belarus Futbol Federasiyasının təxminən 10 ölkə ilə yayım müqaviləsi bağladığı bildirilir.

Onların arasında Rusiya, İsrail, Hindistan və Bolqarıstan da var. Avropada davam edən yeganə çempionat olan Belarusda artıq 2 tur oynanılıb.

Azərbaycan Premyer Liqası martın 7-dən dayandırılıb. Bu isə o deməkdi ki, qarşıdakı 8 turun oyunları, eləcə də ölkə kubokunun yarımfinal və final qarşılaşmalarının vaxtı dəyişdirilməli, yeni təqvim tərtib olunmalıdır.

“Neftçi”, “Keşlə”, “Səbail” və “Sabah” yalnız bir cəbhədə - Premyer Liqada mübarizə aparır deyə, bu komandaların 8 oyunu qalıb. Kubok uğrunda yarışan, yarımfinala adlayan “Qarabağ”, “Sumqayıt”, “Zirə” və “Qəbələ” isə istənilən halda 10 oyuna çıxmalıdır.

Bunlardan ikisi üçün matç sayı 11 olacaq. İndiki durumda əsas yük çempionatın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan PFL-in üzərinə düşəcək.

Hələ ki biraylıq fasilə elan olub. Yəni aprelin ortalarına qədər futbola həsrət qalacağımız dəqiqdir. Həmin tarixə qədər koronavirus geniş vüsət almasa, yeni qərarlar qəbul olunmasa, PFL yeni təqvim tərtib etməlidir ki, UEFA-dakı müzakirələrin yekun nəticəsi kimi ölkədaxili yarışlar iyulun 15-nə kimi başa çatmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı